Rus rublu ilə bağlı bədbin PROQNOZ - 1 dollar iyul ayında 100 rubl OLACAQ?

Hazırda oxunan: Rus rublu ilə bağlı bədbin PROQNOZ - 1 dollar iyul ayında 100 rubl OLACAQ?

143417

Rusiya valyutasının iyul ayına qədər dollar və avro qarşısında zəifləməyə davam edəcəyini proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə açıqlamasında, BitRiver maliyyə analitiki Vladislav Antonov bildirib.

Analitik bununla yay aylarında valyutaların 100 rubl həddini aşması ehtimalı az olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu həftə dollar 90 rubl, avro isə 95-96 rubl səviyyəsinə çata bilər. Antonov hesab edir ki, iyunun 28-də yaxınlaşan vergi dövrünün zirvəsi Rusiya valyutasını dəstəkləməyə kömək edəcək.

Qeyd edək ki, son vaxtlar bu amil rubla daha az güclü təsir göstərməyə başlayıb ki, bunu da digər ekspertlər daha əvvəldən diqqətə çatdırırdılar. 

İqtisadçı Nikolay Korjenevskinin fikrincə,  yaxın gələcəkdə bazarda volatillik artacaq və internetdə görünən istənilən məlumat rublun məzənnəsində əlavə dalğalanmalara səbəb olacaq.
Bildirək ki, şənbə günü, yəni iyunun 24-də “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin Rusiyada silahlı üsyanın başlaması ilə bağlı açıqlaması fonunda dollar və avro 90 və 100 rubla qədər bahalaşdı. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin