Ötən il ARDNŞ-nin kapital dəyəri 11.4 milyard manat artıb - HESABAT

Hazırda oxunan: Ötən il ARDNŞ-nin kapital dəyəri 11.4 milyard manat artıb - HESABAT

143412

2022-ci ilin sonuna qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kapital qoyuluşlarının ümumi dəyəri əvvəlki illə müqayisədə 11,478 milyard manat və ya 14,20 faiz artaraq 80,835 milyard manat təşkil edir. 

Bizim.Media SOCAR-ın 2022-ci ili əhatə edən maliyyə hesabatına istinadən xəbər verir ki, 2021-ci ilə bu vəsait 69,357 milyard manat həcmində olub. 

Bu vəsaitin 4,760 milyard manatı nizamnamə kapitalına aid olub ki, bu da əvvəlki illə müqayisədə çox cüzi, yəni 0,25 faiz çoxdur, yəni 2021-ci ildə bu vəsait 4,748 milyard manatdır.

Bölünməmiş mənfəətin 2022-ci ildəki ümumi dəyəri 15,086 milyard manat, 2021-ci ildə isə 6,353 milyard manat olub. Aydın görünür ki, bir il ərzində birdən-birə 8,733 milyard manat və ya 57,89 faiz artım baş verib. 

Hesabat dövründə şirkətin əlavə ödənmiş kapitalının dəyəri 5,546 milyard manat olub ki, bu da əvvəlki ildəki 5,291 milyard manatla müqayisədə çox az, yəni 255 milyon manat və ya 4.60 faiz çoxdur. 
Bununla belə, ötən il şirkət törəmə müəssisənin səhminin alışından 205 milyon manat zərər edib. 

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin