Qarabağda tullantıların idarə edilməsi strategiyası HAZIRLANACAQ

Hazırda oxunan: Qarabağda tullantıların idarə edilməsi strategiyası HAZIRLANACAQ

142988

İşğaldan azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi üzrə strategiyanın hazırlanması istiqamətində işlər aparılır. 

Bizim.Media xəbər verir ki, bu barədə V İqtisadiyyat və İdarəetmə sahəsində tədqiqatçıların beynəlxalq elmi konfransı zamanı “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib. 

Onun sözlərinə görə, ölkə üzrə daha əvvəl bu sahədə artıq strategiya hazırlanmışdı və 8 regional poliqon, 38 yükləmə-boşaltma məntəqəsinin yaradılması nəzərdə tutulmuşdu:

"Lakin işğalda olan ərazilər azad olunduqdan sonra hökümətə müraciət olundu və Baş nazirin sərəncamı ilə komissiya yaradıldı, həmin komissiya çərçivəsində də qeyd olunan ərazilər üzrə kiçik plan hazırlandı. Hazırda gələcəkdə azad edilmiş ərazilər üzrə tullantıların idarə edilməsi strategiyasının hazırlanması məqsədilə monitorinqin aparılması və vəziyyətin qiymətləndirilməsi üçün məsləhətçi şirkət seçilib". 
Etibar Abbasov onu da əlavə edib ki, gələcəkdə azad edilmiş ərazilər üzrə strategiyanın ümumi ölkə üzrə strategiyaya inteqrasiyasını da nəzərdə tutur. Hazırda bu istiqamətdə işlər aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin