Tədarük məntəqələrinə 352 ton yaş barama təhvil verilib

Hazırda oxunan: Tədarük məntəqələrinə 352 ton yaş barama təhvil verilib

142655

Respublikada barama tədarükü başa çatmaqdadır. Azərbaycanın 41 rayonu üzrə kümçülər tərəfindən tədarük məntəqələrinə 352 ton yaş barama təhvil verilib. 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Bizim.Media-ya bildirilib ki, bu il ən çox yaş barama Zərdab rayonunda tədarük olunub.  

Yerli kümçülər 2023-cü il mövsümündə 52,865 ton yaş barama təhvil veriblər.

Ağcabədi (34,336 ton), Zaqatala (28,907 ton), Balakən (28,151 ton), Bərdə (21,117 ton), Tərtər (14,747 ton), Şəki (13,737 ton), Qax (12,385 ton), Füzuli (10,416 ton), Lənkəran (9,896 ton), Sabirabad (9,744 ton), Yevlax (9.583 ton) və Ağdam (9,210 ton) ən çox yaş barama tədarük edən rayonlardır. 

Qeyd edək ki, kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyir. 
Yaş barama tədarükü davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin