Azərbaycan və IMF struktur islahatlarının nəticələrini müzakirə edib 

Hazırda oxunan: Azərbaycan və IMF struktur islahatlarının nəticələrini müzakirə edib 

142619

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. 

Nazir Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığının çoxşaxəli olduğunu qeyd edib, ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin və texnoloji yeniliklərin tətbiqi baxımından əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib. 
M. Cabbarov ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, struktur islahatları nəticəsində əldə edilmiş irəliləyişlər, vergi siyasəti və inzibatçılığı sahəsində reallaşdırılan islahatlar barədə məlumat verib. 

A. Bordon Azərbaycanda aparılan iqtisadi islahatların bir çox beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyini, həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunan uğurları vurğulayıb, tərəfdaşlığa dair fikrilərini bölüşüb. 

Tərəflər əməkdaşlığın istiqamətləri və gündəlikdəki məsələlər barədə müzakirə aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin