İşsizlikdən sığorta haqlarının məbləği ARTIRILIR? – Nazirin açıqlamasına REAKSİYA 

Hazırda oxunan: İşsizlikdən sığorta haqlarının məbləği ARTIRILIR? – Nazirin açıqlamasına REAKSİYA 

142596

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirində bildirib ki, işsizlik sığortasının məbləği çox aşağıdır, 0,5 faizini işçi, 0,5 faizini də işəgötürən ödəyir.

Nazir qeyd edib ki, bunun artırılmasına ehtiyac var. O, həmçinin ölkədə icbari sığortanın da çox aşağı olduğunu diqqətə çatdırıb.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan sığorta eksperti İlkin İbrahimov, işsizlikdən sığorta məbləğinin aşağı olmadığını diqqətə çatdırıb: 
 

MÖVZU İLƏ BAĞLI:

BVF: Azərbaycanda işsizlik səviyyəsi ötən illə müqayisədə aşağı düşəcək


“Hazırda əmək haqqı fondunun 1 faizi həcmindədir, yəni bunun 0,5 faizi işçidən tutulur, digər 0,5 faizi isə işəgötürən tərəfindən təmin olunur. İşsizlikdən sığorta ilə bağlı kompensasiya ən azı 24 təqvim ayı ərzində işləyən şəxslərə verilir ki, bu da kifayət qədər böyük məbləğ sayılır.

Bununla bağlı mövcud qanunvericiliyə dəyişiklik edilməlidir. Belə ki, bir şəxs yeni bir işə daxil olduqdan sonra işsizliklə bağlı kompensasiya almaq istəyir Bunun üçünsə ən azı 24 təqvim ayı ərzində iş yeri olmalı və əmək haqqından 1 faiz həcmində sığorta haqqı tutulmalıdır. 
Əgər həmin işçi 23 ayın tamamında işdən çıxarsa, o zaman həmin sığorta pulunu ala bilməyəcək. Bu da anlaşılmazlıq yaradır. Əslində isə bu tələb götürülməlidir. Ona görə ki, işçi işlədiyi müddətdə hər ay 1 faiz ödəyib, amma işdən çıxdıqdan sonra bu vəsaitlərin hara xərcləndiyi açıqlanmır”. 

Əgər işsizlikdən sığorta haqlarının məbləği artırılarsa, bu kimin hesabına baş tutacaq? Bu vəsait işəgötürənin, yoxsa işçinin pulundan tutulacaq?

Sualı cavablandıran ekspert, bu haqların qaldırılmasının paradoksal addım olacağını söyləyib:

“Əvvəllər minimum əmək haqqı 300 manat idisə, hazırda 345 manatdır və buna uyğun olaraq 1 faizlik sığorta haqqı tutulur. Əmək haqları qalxdıqca, bunun həcmi də qalxır. Əgər əmək haqlarının tutulması zamanı faiz nisbətini götürməsək, o zaman işçidən 10-50 manat arası pul tutulacaq. Maaşlar qalxdıqca, bu da qalxacaq ki, nəticədə faiz nisbəti qüvvədən düşəcək. Bu da bəzi problemlərə səbəb olacaq”. 

Nazir Sahil Babayevin icbari sığorta haqqının aşağı olması ilə bağlı səsləndirdiyi fikirlərə toxunan müsahibimizin sözlərinə görə, bu sığortada tutulan haqlar və yığımlar çox yüksəkdir:

“Nazir bu fikri səsləndirməklə, bu haqların 1 faizdən çox olmasını istəyir. Əslində isə bu həcm kifayət qədət böyükdür. Onə görə ki, əmək haqları yuxarı qalxdıqca, 1 faizin həcmi də yuxarı qalxır”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin