“Əhalinin banklara borclanmasının səbəbi kredit faizlərinin yüksək olmasıdır” – DEPUTAT

Hazırda oxunan: “Əhalinin banklara borclanmasının səbəbi kredit faizlərinin yüksək olmasıdır” – DEPUTAT

142573

Cari ilin l rübündə əhalinin borclanma səviyyəsində artım müşahidə edilib. Belə ki, Mərkəzi Bankın apardığı sorğuya əsasən 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsə də, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirib.

Bankların bu nəticələri nəyin göstəricisidir? Hazırda ölkəmizdə əhalinin borclanması hansı səviyyədədir? 

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov, əhalinin banklara borclanmasında iki məqamı diqqətə çatdırıb: 

“Bunlardan biri, borclanma məbləğinin artması, digəri isə kredit faizlərinin yüksək olması ilə bağlıdır. Kreditlər baha olduğu üçün vətəndaşlar daha çox vəsait ödəməyə məcbur olurlar. Bu baxımdan da yüksək faizlər borclanmanın məbləğinin artması ilə nəticələnir”. 

Milli Məclisin bir neçə deputatı tərəfindən kredit faizlərinin optimallaşdırılması ilə bağlı təkliflər verildiyini deyən V.Bayramov qeyd edib ki, depozit faizlərinin azaldılması fonunda buna ehtiyac var:

“Əgər faizlər ucuzlaşarsa, kreditlərə əlçatanlılıq da asanlaşacaq. Gözlənilir ki, faizlər aşağı düşdükdən sonra əhali daha çox kredit götürməyə çalışacaq ki, bu da borclanmış vətəndaşlarımızın sosial təminatına neqativ təsirləri aradan qaldıracaq və onlar öhdəliklərini də vaxtında yerinə yetirəcəklər. İndiki halda kredit bazarı üçün ən ciddi məsələrdən biri də faizlərin optimallaşdırılmasıdır. 

Aparılan sorğular və əldə edilən statistik sorğular göstərir ki, Mərkəzi Bankın faizlərinin aşağı salınması ilə bağlı gördüyü işlərin əhatəsi daha da genişləndirilməlidir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin