Manatı gözləyən TƏHLÜKƏ – “Neft qiymətləri aşağı düşərsə...”

Hazırda oxunan: Manatı gözləyən TƏHLÜKƏ – “Neft qiymətləri aşağı düşərsə...”

142414

Dünya bazarlarında neftin qiymətinin qalxıb-düşməsi milli valyutamızın dəyərinin müəyyən edilməsində əsas faktordur. Bununla belə, pandemiyadan əvvəlki dövrlərdən, yəni 2018-2019-cu illərdən başlayaraq, 2023-cü ilin əvvəlinə qədər manat möhkəmlənməyə doğru gedir. 

Ancaq valyuta bazarında manatın dəyəri Azərbaycan Mərkəzi Bankı tərəfindən inzibati yolla, yəni bir əldə saxlanılmaqla tənzimləndiyi üçün, manatın 1.70-dən nə bir qəpik aşağı düşməsinə, nə də qalxmasına imkan verilir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov bildirib ki, dünya bazarlarında neftin qiymətinin qalxıb-düşməsi əsas ixrac aktivi neft və qaz olan ölkələrin milli valyutalarına ciddi təsir göstərir:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan ötən il neft və qazın tranzit haqqından nə qədər gəlir əldə edib?


“Neftin qiyməti ucuzlaşanda, Azərbaycanın xarici valyuta ehtiyatları da azalır və milli valyutanın məzənnəsini saxlamaq çətinləşir. Xarici valyutalar çox olan zaman, bu ehtiyatlar hesabına milli valyutanı da qoruyub saxlamaq mümkün olur. Bu baxımdan da hazırkı dövrdə neftin qiyməti aşağı düşsə də, heç bir problem olmayacaq. 

Son illər ölkəmizdə toplanan valyuta ehtiyatları hesabına manatın məzənnəsi qorunacaq. Hökumətimizin də əsas siyasəti məhz bundan ibarətdir.

Əgər 2014-cü ilin mart-aprel aylarında olduğu kimi, neftin qiyməti yenidən uzunmüddətli aşağı düşərsə, o zaman ölkəmiz üçün problem yarana bilər. Amma indiki geosiyasi gərginlik fonunda belə bir hadisənin baş verməsi mümkün deyil”.

Dünya neft bazarında qiymətlərin oynadığı müşahidə edildiyini təsdiq edən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, bu,  bəzən neft ixrac edən ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir:

“Bununla belə, Azərbaycanın dövlət büdcəsində neftin qiyməti ötən il 50 dollar səviyyəsində qiymətləndirilmişdi. Ancaq bu ilin dövlət büdcəsində aparılan dürüstləşmədən sonra bu qiymətin 60 dollar səviyyəsində olması nəzərdə tutulub. 

Hazırda dünya bazarında neftin qiyməti daha yüksəkdir və təxminən 80 dollara yaxındır. Bu da onu deməyə əsas verir ki, hələlik neftin qiymətləri hələlik manatın məzənnəsinə heç bir təhlükə yaratmır.
Belə ki, bizim bundan əlavə 65 milyard dollara qədər valyuta ehtiyatlarımız var və hazırkı optimal büdcədə nəzərdə tutulan qiymət makro-iqtisadi göstəricilərin dayanıqlığını təmin edə bilir”. 

Müsahibimiz onu da əlavə edib ki, təkcə qazdan gələn gəlirlərimiz neft gəlirləri ilə bərabərdir:

“Hətta bəzi dəyərlərdə qaz gəlirləri nefti də üstələyib. Bu da onu deməyə əsas verir ki, manatın məzənnəsinin dəyişməsinin iqtisadi əsasları yoxdur və yaxın gələcəkdə daha da sabit vəziyyətdə saxlanılacaq”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin