Azərbaycanda kredit bazarının hazırki VƏZİYYƏTİ – TƏHLİL 

Hazırda oxunan: Azərbaycanda kredit bazarının hazırki VƏZİYYƏTİ – TƏHLİL 

142387

Azərbaycan Mərkəzi Bankının yeni açıqladığı “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri” ilə bağlı yaydığı rüblük hesabatda göstərilir ki, cari ilin birinci rübündə ipoteka və istehlak kreditlərinin verilmə şərtlərində müsbət nəticə əldə olunub. 

Qeyd olunur ki, cari rübdə ipoteka kreditlərinin faiz dərəcələri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz aşağı düşüb və hazırda 12 faiz təşkil edir. İstehlak kreditlərinin faiz dərəcələri isə ötən illki 25 faizdən 3 faiz azalalaraq hazırkı 22 faiz səbiyyəsində dayanıb. 

Bu barədə fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərli, ölkəmizdə bank kreditlərinin faiz dərəcələrinin yüksəlməsini bir səbəblə əlaqələndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İnflyasiya kreditlərə necə təsir edib? – Mərkəzi Bankdan HESABAT 


Ekspertin sözlərinə görə, bu səbəb Mərkəzi Bankın uçot dərəcəsinin artırılması üçün həyata keçirdiyi siyasətlə bağlıdır:

“Bu siyasət bazara, yəni inflyasiyanın cilovlanmasına birbaşa təsir etməsə də, bank bazarına tez bir vaxtda təsir edə bilir. Bunun nəticəsində də bazarda sərtləşmə baş verir”. 

Hazırda kredit bazarında faizlərin yüksəlməsi və kreditlərin intensivliyinin azalması müşahidə olunduğunu söyləyən müsahibimiz, bunun da məhz iqtisadiyyatın soyudulmasına xidmət etdiyini diqqətə çatdırıb:

“Bunun sayəsində dövryyənin azalmasını, iqtisadi aktivliyin az da olsa aşağı düşməsini və kredit faizliyinin yüksəkliyini təmin etmək istəyirlər və inflyasiyanı az da olsa aşağı salmağı düşünürlər. Bir sözlə, infilyasiyanın aşağı salınmasına hesablanmış addımlar atırlar”. 

Bank sektorundakı inhisarçılıq probleminin həlli üçün ölkəmizdə xarici kapitallı bankların sayının artmasının çox vacib olduğunu diqqətə çatdıran ekspert qeyd edib ki, bu amil ilk növbədə sektorda rəqabət mühitini inkişaf etdirəcək: 

“Bundan başqa, həm kreditin keyfiyyətini yüksəldilməsinə, həm də faizləri aşağı salınmasına kömək edə bilər. Bunun sayəsində də digər sahələrdə olduğu kimi, bank sahəsində də mövcud olan rəqabətsizlik problemini həll edə bilər. Ümid edirəm ki, Mərkəzi Bankın yeni və peşəkar komandası xarici bankların ölkəmizə daxil olmasına və rəqabət mühitinin möhkəmlənməsi yolunda mühüm addımlar atacaq”.

Qeyd edək ki, cari rübdə təminat şərtləri ipoteka kreditləri üzrə 8 faiz, istehlak kreditləri üzrə isə 4 faizdir. 2022-ci ilin eyni dövründə isə bu şərtlər müvafiq olaraq, 14 və 8 faiz olub. 

Bu il ipoteka kreditinin maksimal müddətində yumşalma 2 faiz, ötən il isə 4 faiz səviyyəsində olub. İstehlak kreditlərində isə bu göstərici bu il 10 faiz, ötən il isə 4 faizdir. Bu da onu göstərir ki, bir ildə 6 bənd artma baş verib.
Bu il ipoteka kreditlərinin komissiya xərclərində ötənilki 2 faizlə müqayisədə 4 bənd artaraq 6 faizə, istehlak kreditlərində isə ötənilki 13 faizdən 5 bənd artaraq 18 faizə yüksəlib.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin