Son günlər yayılan məlumata görə, cari ilin sonuna qədər elektrik enerjisi haqları yenidən qaldırılacaq. Hətta “Azərişıq” Açıq Səhmdar Səhmdar Cəmiyyəti tərəfindən bununla bağlı təkliflərin hazırlanaraq Tarif Şurasına göndərildiyi də bildirilir.
Bu məlumat arasında ciddi narahatlığa səbəb olub.
Bizim.Media əhalinin narahatlığını nəzərə alaraq, “Azərişıq” ASC-nə və Tarif (qiymət) Şurasına sorğu göndərib.
MÖVZU İLƏ BAĞLI:
Əhalinin neçə faizi kommunal xidmətlərdən razıdır? – SORĞU
ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Bizim.Media-ya açıqlamasında, qiymət artımı ilə bağlı səlahiyyətlərin onlara aid olmadığını bildirib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Zamanova isə elektrik enerjisi tariflərinin yenidən tənzimlənməsi ilə bağlı müvafiq subyektdən müraciət daxil olmadığını qeyd edib.
Onun sözlərinə görə, qeyd edilən məsələ hazırda Tarif (qiymət) Şurasında müzakirə olunmur.
Rövşən Ziya, Bizim.Media