İpoteka və istehlak kreditləri neçə faiz aşağı DÜŞÜB? – HESABAT  

Hazırda oxunan: İpoteka və istehlak kreditləri neçə faiz aşağı DÜŞÜB? – HESABAT  

142211

Cari ilin birinci rübündə ipoteka və istehlak kreditlərinin verilmə şərtlərində müsbət nəticə əldə olunub.  

Bizim.Media Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri” ilə bağlı yaydığı rüblük hesabata istinadən xəbər verir ki, cari rübdə ipoteka kreditlərinin faiz dərəcələri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz aşağı düşüb və hazırda 12 faiz təşkil edir.  

İstehlak kreditlərinin faiz dərəcələri isə ötən illki 25 faizdən 3 faiz azalalaraq hazırkı 22 faiz səviyyəsində dayanıb.  

Cari rübdə təminat şərtləri ipoteka kreditləri üzrə 8 faiz, istehlak kreditləri üzrə isə 4 faizdir. 2022-ci ilin eyni dövründə isə bu şərtlər müvafiq olaraq, 14 və 8 faiz olub.  

Bu il ipoteka kreditinin maksimal müddətində yumşalma 2 faiz, ötən il isə 4 faiz səviyyəsində olub. İstehlak kreditlərində isə bu göstərici bu il 10 faiz, ötən il isə 4 faizdir. Bu da onu göstərir ki, bir ildə 6 bənd artma baş verib. 
Bu il ipoteka kreditlərinin komissiya xərclərində ötənilki 2 faizlə müqayisədə 4 bənd artaraq 6 faizə, istehlak kreditlərində isə ötənilki 13 faizdən 5 bənd artaraq 18 faizə yüksəlib.  


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin