Cari ilin I rübündə istehlak və ipoteka portfeli üzrə kredit standartlarında yumşalma tendensiyasının səngiməsi meylləri müşahidə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri” ilə bağlı yaydığı rüblük hesabatda açıqlanıb.
İpoteka və istehlak kreditləri üzrə kredit standartlarına təsir edən faktorlar təxminən eynidir.
Bunlar prodensial normativlər, rəqabət mühiti, iqtisadi gözləntilər və digərləridir. Belə ki ipoteka kreditləşməsi üzrə prodensial normativlərə daxil olan kapitalda heç bir yumşalma olmayıb. Likvidiklikdə isə cəmi 2 faiz həddində olub.
Banklarla rəqabətdə 6 faiz, BOKT-larla isə 4 faizlik nəticə əldə olunub. İqtisadi gözləntilərdə isə fərqli nəticələr qeydə alınıb. Belə ki, ümumi iqtisadi təsirlərdə 2 faizlik yumşalma, məzənnədə isə 2 faizlik sərtləşmə baş verib.
İqtisadi gözləntilərə daxil olan inflyasiyada 4 faizlik, məzənnədə 2 faizlik, daşınmaz əmlak bazarında isə 8 faizlik sərtləşmə baş verib.
Digər təsirlərdə də fərqli göstəricilər nəzərə çarpır. Əhalinin ödəmə qabiliyyətində heç bir nəticə olmasa da, maliyyələşmə dəyərində 2 faiz, portfelin keyfiyyətində 6 faizlik yumşalma baş verib. Ancaq təminat riskində -2 faizlik göstərici var.
Cari rübdə istehlak kreditləri üzrə kapital göstəricilərində də heç bir nəticə yoxdur, amma likvidiklikdə 2 faizlik yumşalma qeydə alınıb. Yumşalma banklarla rəqabətdə 6 faiz, BOKT-larla rəqabətdə isə 4 faiz həcmindədir. İnflyasiyada 4 faizlik, məzənnədə 2 faizlik, daşınmaz əmlak bazarında isə 6 faizlik sərtləşmə baş verib.
Maliyyələşmə dəyərində 4 faizlik, portfelin keyfiyyətində isə 2 faizlik yumşalma olsa da, əhalinin ödəmə qabiliyyətində 2 faiz sərtləşmə müşahidə olunub. Təminat riskində isə heç bir göstərici baş verməyib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:25 / 19.06.2023
İnflyasiya kreditlərə necə təsir edib? – Mərkəzi Bankdan HESABAT
Hazırda oxunan: İnflyasiya kreditlərə necə təsir edib? – Mərkəzi Bankdan HESABAT
Hazırda oxunan: İnflyasiya kreditlərə necə təsir edib? – Mərkəzi Bankdan HESABAT
142199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.