Kiçik və orta sahibkarlara verilən biznes kreditləri ilə bağlı SON DURUM 

Hazırda oxunan: Kiçik və orta sahibkarlara verilən biznes kreditləri ilə bağlı SON DURUM 

142191

2023-cü ilin I rübündə kiçik və orta sahibkarlıq (KOS) subyektləri üzrə kreditlərin verilmə standartlarında yumşalmaların səngiməsi müşahidə edilib.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri” ilə bağlı yaydığı rüblük hesabatda açıqlanıb.  

Sorğu nəticələrinə əsasən, cari rübdə KOS subyektləri üzrə verilən biznes kreditləri şərtlərində banklar əksər komponentlər üzrə sərtləşməyə gedib və ya yumşaltma tempini zəiflədiblər. 

KOS kreditləri üzrə kredit standartlarına təsir edən faktorlardan biri kapital mövqeyi, digəri isə likvidlik mövqeyidir.  

Birinci mövqe üzrə yumşaldıcı təsir 6 faiz, ikinci mövqe üzrə isə 6 faiz təşkil edir. Risk iştahası üzrə 4 faizlik, maliyyələşmə dəyəri üzrə 4 faiz, kreditlərə tələbin dəyişməsi üzrə isə 6 faizlik yumşalma baş verib. Portfelin keyfiyyətində isə heç bir dəyişiklik olmayıb. 

Qeyd edək ki, borcalanların təminatının keyfiyyəti üzrə 2 faizlik sərtləşmə, iri kreditorların maliyyə vəziyyətinə dair risklərdə 2 faizlik, təminatların reallaşmasında isə 4 faizlik sərtləşmə qeydə alınıb.  

Kiçik və orta sahibkarların banklarla, BOKT-larla və lombardlarla rəqabət mühitində də yumşalmalar qeydə alınıb. Belə ki, banklarla 10 faiz, BOKT-larla 2 faiz, lombardlarla 2 faiz yumşalma baş verib.  
Ümumi iqtisadi münasibətlər bağlı gözləntilərdə 10 faiz, iqtisadiyyatın sahələri üzrə gözlətilərdə isə 10 faiz yumşalma nəzərə çarpıb. Məzənnə ilə  bağlı heç bir nəticə qeydə alınmayıb. İnflyasiya ilə əlaqədar 6 faiz, uçot dərəcəsi ilə bağlı isə 10 faizlik sərtləşmə baş verib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin