Cari ilin ilk rübündə istehlak kreditlərinin təsdiqi standartlarının yumşaldılması səngiyib. Səngimə əsasən əməkhaqqı kreditləri və kredit kartları üzrə olub. Cari rüb ərzində istehlak kreditləri üzrə tələb artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri” ilə bağlı yaydığı rüblük hesabatda açıqlanıb.
Hesablamalara görə, I rübü üzrə kredit standartlarında ümumilikdə 38 faiz dəyişiklik baş verib. Bunun da 4 faizi avro-kreditlər, 14 faizi pul və kredit kartları, 10 faizi əmək haqları, 10 faizi isə məişət kreditləşməsi üzrə olub.
Kredit tələbindəki dəyişiklik isə 14 faiz təşkil edib. Belə ki, pul və kredit kartları üzrə 4 faiz, əmək haqları üzrə 6 faiz, məişət üzrə isə 4 faiz səviyyəsində olub. Avto-kreditləşmə üzrə isə -6 faiz təşkil edib, yəni bu sahədə yüksəlmə baş verib.
İstehlak kreditləşməsi üzrə cari ilin II rübü üzrə kredit standartlarına dair gözləntilər 34 faiz nəzərdə tutulub. Belə ki, avto-kreditlər üzrə 4 faiz, kartlar üzrə 13 faiz, əmək haqları üzrə 10 faiz, məişət üzrə isə 7 faiz həcmindədir.
Cari rübdə kredit tələbi ilə bağlı gözləntilər 38 faiz təşkil edir. Yəni, bunun 8 faizi avro-kreditlər, 12 faizi kartlar, 12 faizi əmək haqları, 6 faizi isə məişət kreditlərinə aiddir.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:34 / 19.06.2023
İstehlak kreditləri ilə bağlı KƏSKİN DƏYİŞİKLİK
Hazırda oxunan: İstehlak kreditləri ilə bağlı KƏSKİN DƏYİŞİKLİK
Hazırda oxunan: İstehlak kreditləri ilə bağlı KƏSKİN DƏYİŞİKLİK
142187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.