Hazırda çıxış edən Müsavat başqanı ölkə səhiyyəsində olan neqativ hallar barədə çıxış etməkdədir.xa0
Moderator.az -ın Müsavatın qərargahında olan əməkdaşının verdiyi məlumata görə, Arif Hacılı Salyanda baş vermiş 2 uşaq ölümünü, dünən Bakıda xəstənin ayağının səhvən kəsilməsini sərt formada tənqid edərək baş verən hadisələrdə günahkar olan şəxslərin məsuliyyətə cəlb olunmalı olduğunu bildirib. A.Hacılı həmçinin onu da qeyd etdi ki, Müsavat Partiyası hazırda Azərbaycanın 1 nömrəli müxalifət qurumudur.




































































































