“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti 2022-ci ildəki maliyyə vəziyyəti ilə bağlı illik hesabat açıqlayıb.
Bizim.Media xəbər verir ki, ötən il QSC-nin uzunmüddətli aktivlərində birdən-birə 12 milyon 235 min 523 manat, və ya 4,11 faiz zərər qeydə alınıb.
Belə ki, 2022-ci ildə bu məbləğ 285 milyon 656 min 171 manat, 2021-ci ildə 297 milyon 891 min 694 manat olub.
Bu zərər əsasən qurumun daşınmaz əmlakında qeydə alınıb. Belə ki ötən il torpaq və tikili avadanlıqlarındakı aktivlərdə 285 milyon 539 min 181 manat, 2021-ci ildə isə 297 milyon 731 min 957 manat təşkil edib.
Aydın olur ki, bir illik zərər 12 milyon 192 min 776 manat və ya 4,10 faiz olub. Qeyri-maddi aktivlərdəki bu həcm isə 116 min 990 manat, 2021-ci ildə isə 159 min 737 manat təşkil edib. Burdan da aydın olur ki, bir illik zərər 42 min 747 manat, və ya 26,76 faiz səviyyəsində olub.
Bundan əlavə, 2022-ci ilin sonuna qədər Qapalı Səhmdar Cəmiyyətinin xalis mənfəətdən əldə etdiyi zərər 8 milyon 687 min 577 manat təşkil edib. Bu məbləğ 2021-ci ilin sonuna qədər 6 milyon 343 min 684 manat təşkil edir.
Hesablamalardan da görünür ki, mərkəzin 1 illik zərəri 2 milyon 343 min 893 manat və ya 26,98 faiz həcmində olub. Bu zərər əsasən əməliyyat və vergiqoymadan əvvəlki mənfəətlərdə baş verib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:46 / 19.06.2023
“Şahdağ Turizm Mərkəzi”nin aktivlərində 12 milyon manatlıq ZƏRƏR
Hazırda oxunan: “Şahdağ Turizm Mərkəzi”nin aktivlərində 12 milyon manatlıq ZƏRƏR
Hazırda oxunan: “Şahdağ Turizm Mərkəzi”nin aktivlərində 12 milyon manatlıq ZƏRƏR
142135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.