2023-cü ilin 5 ayı ərzində Azərbaycan Rüspublikasının həyata keçirdiyi xarici ticarət əməliyyatlarında Türkiyə Respublikası mühüm yer tutub.
Bizim.Media Dövlət Gömrük Komitəsinin 5 aylıq hesabatına istinadən xəbər verir ki, Azərbaycanla Türkiyə arasında ümumilikdə 4 milyard 030 milyon 249,27 min dollarlıq ticarət əməliyyatı həyata keçirilib.
Ötən ilin müvafiq dövründə isə bu əməliyyatların ümumi dəyəri 2 milyard 572 milyon 280 min dollar təşkil edib. Burdan aydın olur ki, bir il ərzində əməliyyatlarda 1 milyard 457 milyon 969,27 min dollarlıq və ya 36,18 faizlik artım baş verib.
Cari ildə baş tutan ticarət əməliyyatlarının 2 milyard 605 milyon 934,45 milyon dolları ixracla, 964 milyon 363,62 min dolları isə idxalla bağlıdır. İxrac əməliyyatlarının 459 milyon 951,20 min dolları xam neftin (787 min 854,48 ton) ixracı ilə bağlıdır.
Ötən ilin eyni dövründə isə qardaş ölkəyə 1 milyard 601 milyon 468,68 min dollar həcmində ixrac, 851 milyon 877,67 min dollarlıq idxal həyata keçirilib.
İxracın da 118 milyon 933,65 min dolları xam neftin (216 min 555,68 ton) üzərinə düşür. Hesablamalardan da görünür ki, bir il ərzində ixracda 1 milyard 004 milyon 465,77 min dollar və ya 38,55 faizlik, idxalda 112 milyon 485,95 dollarlıq və ya 11,66 faizlik, xam neftin ixracında isə 341 milyon 017,55 min dollarlıq və ya 74,14 faizlik artım baş verib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:22 / 16.06.2023
Azərbaycan-Türkiyə ticarət dövriyyəsində KƏSKİN ARTIM
Hazırda oxunan: Azərbaycan-Türkiyə ticarət dövriyyəsində KƏSKİN ARTIM
Hazırda oxunan: Azərbaycan-Türkiyə ticarət dövriyyəsində KƏSKİN ARTIM
141783
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.