KOB-lar üçün e-ticarətə dair təlimlər təşkil olunur

Hazırda oxunan: KOB-lar üçün e-ticarətə dair təlimlər təşkil olunur

141515

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada kiçik və orta bizneslər (KOB) üçün iyunun 20,21,21 və iyulun 4,5,6-da altı günlük (hər gün üç saat olmaqla) onlayn elektron ticarət təlimləri keçirir. Layihə Avropa İttifaqı və AYİB tərəfindən birgə maliyyələşdirilir. 

KOBİA-dan Bizim.Media-ya bildirilib ki, təlimin məqsədi sahibkarların sərhədlərarası elektron ticarət əməliyyatları ilə bağlı bilik və bacarıqlarını artırmaqdır.  

Təlim məhsullarını Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Yaxın Şərq və s. kimi qlobal bazarlara satmaq istəyən kiçik və orta sahibkarlıq subyektləri üçün keçirilir.

Təlim “Lenta Coniwi Enterprise Danismanlik A.S.” tərəfindən AYİB-in Kiçik Bizneslər üzrə Maliyyə və İnkişaf Qrupu ilə sıx əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. 
Tədbir iştirakçıları • E-ixrac və onlayn bazarlarda satış tələbləri haqqında əsas biliklər, Hədəf bazarları, rəqiblər, gəlirliliyi təhlil etmək və maliyyə planı hazırlamaq, Əlavə Dəyər Vergisinin (ƏDV) qeydiyyatı prosesi haqqında məlumat, Onlayn ödəniş sistemləri üzrə biliklər, Xaricdə şirkətlərin yaradılması proseslərində təcrübə qazanmaq, üstünlüklər və müqayisələr, Seçilmiş bazar yerləri üçün məhsul portfelini hazırlamaq və müvafiq fotoşəkilləri seçmək sahələrində məlumatlandırılacaqlar.

Təlimdə iştirak ödənişsizdir. Təlim ingilis dilində keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin