“QaçqınKom”dan 1,1 milyonluq TENDER – Qalib şirkətlər haqqında MARAQLI FAKTLAR – FOTO 

Hazırda oxunan: “QaçqınKom”dan 1,1 milyonluq TENDER – Qalib şirkətlər haqqında MARAQLI FAKTLAR – FOTO 

141413

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin (MİD) 10-11 may tarixlərində başladığı və ümumi məbləği 1 rnilyon 102 min 447 manat olan tenderin nəticələrini və qalibini bu gün elan edib. 

Bizim.Media xəbər verir ki, “Füzuli rayonunda salınmış məcburi köçkün qəsəbəsində suvarma xətlərinin təmiri işlərinin satınalınması” tenderinin qalibi “Faber Construction” MMC (VÖEN - 1502199121) olub. 

Bu şirkət Füzuli rayonunda suvarma xətlərini təmir edəcək

Qeyd edək ki, “Faber Construction MMC” şirkəti 2007-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/6, Tech Plaza. 2-ci mərtəbədə fəaliyyət göstərir.   

Şirkət əsasən inşaat, tikinti, memarliq, elektrik kommunikasiya və bu sahələrə bağlı bütün iş kompleksini əhatə edən layihələndirmə və digər işləri icra edir.

Şirkətlə bağlı internet resurslarında kiçik araşdırma aparsaq da, mətbuat orqanlarında barəsində mənfi istiqamətli hansısa bir məlumata rast gəlmədik. 

“Avtoyoltikintiservis” MMC barəsində qalmqallı faktlar

Bildirək ki, Mənzil İstismar Departamentinin bu gün açıqladığı ikinci tender “Bakı şəhəri, Saatlı və Füzuli rayonlarında salınmış məcburi köçkün qəsəbələrində qəsəbə daxili qum-çınqıl yolların və dam örtüklərinin təmiri işləri” ilə bağlıdır. Tenderin qalibi isə “Avtoyoltikintiservis” MMC (VÖEN - 1904350701) elan edilib.

Yaxın vaxtlarda tərəflər arasında maliyyə dəyəri 603 min 818 manat olan satınalma müqaviləsinin bağlanması gözlənilir. 

Qeyd edək ki, Avtoyoltikntiservis” MMC 16 mart 2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. MMC-nin əlaqə telefonları və internet səhifəsinə də rast gəlinmir.

Şirkət 10 may 2022-ci ildə Siyəzən rayonu icra hakimiyyəti başçısının Siyəzən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən elan olunan “Yolların əsaslı təmiri”, “Mənzillərin giriş bloklarının qapılarının dəyişdirilməsi” və “Yolların əsaslı təmiri işlərinin satın alınması” tenderlərinin qaliblərindən biri olub və tərəflər arasında 20 min 738 manat dəyərində müqvailə imzalanıb. 

Cari ilin may ayının 20-də isə Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi avtomobil yollarının əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsində qalib olub və aralarında 379 min 794 manatlıq müqavilə imzalanıb. 
Bildirək ki, "Avtoyoltikintiservis” MMC təkcə 2022-ci ildə 15 satınalma müqaviləsi imzalayıb. Bir müqavilələrdən 14-ü Xızı, Siyəzən, Sumqayıt, Şabran, Qax, Şəki, Sabirabad, Ağsu və Beyləqan icra hakimiyyətləri və onlara tabeli qurumlarla bağlanıb. Bir müqavilə isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə imzalanıb. 

Mənzil və yol çəkilişlərinin nəzərdə tutulduğu bu müqavilələrin toplam maliyyə dəyəri 1 milyon 809 min 872 manat təşkil edib. 





Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin