Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,67 ABŞ dolları, yaxud 2,22 % artaraq 76,77 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 74,29 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:55 / 14.06.2023
Azərbaycan nefti BAHALAŞDI
Hazırda oxunan: Azərbaycan nefti BAHALAŞDI
Hazırda oxunan: Azərbaycan nefti BAHALAŞDI
141365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.