Ölkəmizdə sənaye məhsullarının istehsalı 1,9 faiz AZALIB  

Hazırda oxunan: Ölkəmizdə sənaye məhsullarının istehsalı 1,9 faiz AZALIB  

141262

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-may aylarında 29,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz azdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı rüblük hesabatda məlumat verilib. 

Neft-qaz sektorunda məhsul istehsalı 2,8 faiz azalıb, amma qeyri neft-qaz sektorunda isə 7,4 faiz artım baş verib. 

Sənaye məhsulunun 70,4 faizi mədənçıxarma sektorunda, 24,4 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,4 faiz azalsa da, əmtəəlik qaz hasilatında 2,9 faiz artım müşahidə olunub. 

Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 86,4 faiz, poliqrafiya məhsullarının istehsalı 50,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 49,9 faiz, kağız və karton istehsalı 40,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32,9 faiz, içkilərin istehsalı 27,4 faiz, neft məhsullarının istehsalı 25,4 faiz, tikinti materiallarının istehsalı 18,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,5 faiz azalıb. 

Eyni zamanda, qida məhsullarının istehsalı 13,3 faiz, hazır metal məmulatlarının istehsalı 9,7 faiz, maşın və avadanlıqların istehsalı 9,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,9 faiz, tütün məmulatlarının istehsalı 8,4 faiz, mebel istehsalı 4,4 faiz, elektrik avadanlıqlarının istehsalı 2,4 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 0,4 faiz, əczaçılıq məhsullarının istehsalı 16,4 faiz, sair sənaye məhsullarının istehsalı 18,7 faiz azalma müşahidə olunub. 

Bundan əlavə, geyim istehsalı 28,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 30,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 37,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 40,1 faiz azalıb. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,5 faiz artıb. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin