Cari ilin əvvəlinə qədər Azərbaycanda elmi kadr potensialının artırılmasında böyük rola malik 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib və onlarda 54,2 faizi qadın olmaqla, 3277 nəfər təhsil alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı rüblük hesabatda məlumat verilib.
Hesabata əsasən, onların 79,7 faizi fəlsəfə, 20,3 faizi isə elmlər doktoru proqramları üzrə, eləcə də 33,8 faizi elmi müəssisə və təşkilatlarda, 66,2 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 31,4 və 68,6 faiz, elmlər doktoru proqramı üzrə isə 43,2 və 56,8 faiz təşkil edib.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,8 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 25,4 faizi 40 yaşadək olan şəxslərdir.
Bu proqram üzrə təhsil alan 2612 nəfərin 565-i iqtisad, 365-i texnika, 276-sı filologiya, 185-i tibb, 149-u pedaqogika, 122-si biologiya, 117-si siyasi, 112-si aqrar, 105-i yer elmləri, hər birində 94 nəfər olmaqla 188-i hüquq və tarix, 81-i riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.
Doktorantlardan 149 nəfər filologiya, 85 nəfər iqtisad, 71 nəfər texnika, 56 nəfər tibb, 44 nəfər biologiya, 34 nəfər kimya, hər birində 33 nəfər olmaqla 66 nəfər aqrar və tarix, 27 nəfər sənətşünaslıq, 25 nəfər hüquq, 23 nəfər siyasi elmlər, 20 nəfər yer elmləri, 14 nəfər riyaziyyat, 12 nəfər pedaqogika, 39 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.
2021-ci illə müqayisədə 2022-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 19,2 faiz artaraq 589 nəfər, elmlər doktoru proqramı üzrə isə 17,9 faiz artaraq 99 nəfər təşkil edib. Bu dövrdə fəlsəfə doktoru proqramı üzrə 728 nəfər, elmlər doktoru proqramı üzrə isə 140 nəfər doktoranturaya qəbul olunub.
Bununla yanaşı, 2022-ci ildə fəlsəfə doktoru proqramı üzrə 374 dissertant təhkim olunub ki, onların da 68,7 faizini qadınlar təşkil edib.
Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 133 nəfəri qadın olmaqla, 242 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi elmin tibb, biologiya, iqtisad, fizika, filologiya, texnika, aqrar və riyaziyyat sahələri üzrə təhkim olunub.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:12 / 13.06.2023
Azərbaycanda elmi kadr potensialı artıb - STATİSTİKA
Hazırda oxunan: Azərbaycanda elmi kadr potensialı artıb - STATİSTİKA
Hazırda oxunan: Azərbaycanda elmi kadr potensialı artıb - STATİSTİKA
141254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.