İzmirdə texniki tekstil sahəsində istehsal edən Akıncılar Taktik Tekstil şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu arasında investisiya və əməkdaşlıq müqaviləsi imzalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, imzalanmış protokol çərçivəsində Azərbaycanda müştərək istehsal müəssisəsi və sınaq laboratoriyası yaradılacaq.
Yerli və milli imkanlarla İzmirdə ballistik jiletlər, ballistik dəbilqələr, gülləkeçirməz geyilə bilən texnologiyalar, hərbi hücum jiletləri, xüsusi əməliyyat geyimləri istehsal edən şirkət, Bakıda qurulacaq fabrikdə innovativ tekstil işlərinin bir qismini həyata keçirəcək.
Ortaq istehsal müəssisəsində istehsal olunacaq gülləkeçirməz polad jiletlər, dəbilqələr və hərbi materialların digər ölkələrə satılması hədəflənir.
Əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq gülləkeçirməyən hərbi avadanlıq istehsal olunacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:00 / 12.06.2023
Türkiyə şirkəti Azərbaycan Ordusu üçün məhsul istehsal edəcək
Hazırda oxunan: Türkiyə şirkəti Azərbaycan Ordusu üçün məhsul istehsal edəcək
Hazırda oxunan: Türkiyə şirkəti Azərbaycan Ordusu üçün məhsul istehsal edəcək
141093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.