“Şimal axını” ilə bağlı BÖYÜK SİRR – Rusiyanın qaz kəmərini kim partladıb?

Hazırda oxunan: “Şimal axını” ilə bağlı BÖYÜK SİRR – Rusiyanın qaz kəmərini kim partladıb?

141077

“The Wall Street Journal” (WSJ) Baltik dənizində Rusiya qazının nəql olunduğu “Şimal axını” və “Şimal axını -2” qaz kəmərlərinin partladılması ilə bağlı yaydığı məlumatda, bu işdə Polşanın rolunun olduğunu bildirib. Qəzet yazır ki, almaniyalı mütəxəssislər bu qənaətə gəliblər. 

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov, araşdırma başa çatmadığı üçün partlayışın hansı dövlət tərəfindən törədilməsi ilə bağlı indidən münasibət bildirməyin çətin olduğunu söyləyib:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya və Aİ arasında yeni QAZ MÜHARİBƏSİ – Avropa tədarükü KƏSKİN AZALDIR


“Hətta burada məqsədin nə olduğunu da söyləmək mümkün deyil. Onsuz da çoxsaylı sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi təsir edir. Bu səbəbdən də rus rublu kəskin şəkildə ucuzlaşır və iqtisadiyyatında mənfi meyllər artıb”.

Bunun çox ciddi kifayət qədər məsələ olduğunu diqqətə çatdıran deputatın sözlərinə görə, Avropa İttifaqı Rusiyadan mavi qaz asılılığını azaldır:

“Avropanın ümumi istehlakında Rusiyanın mavi qaz təminatı getdikcə azalır. Hətta neftə olan tələbdə də ciddi azalma baş verməkdədir. Bu baxımdan, Aİ Rusiya ilə enerji əməkdaşlığını ciddi şəkildə minimuma endirir və bu prosesin növbəti dövrlərdə də azalan xətlə davam etdirilməsi gözlənilir”. 

Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban isə dünən Polşa hökumətinin bu versiyanı rəsmi şəkildə təkzib etdiyini bildirib:

“Bir qədər əvvəl isə bu kəmərlərin Ukrayna tərəfindən partladıldığı barəsində məlumatlar yayıldı. Amma daha əvvəl Almaniyanın bu məsələdə maraqlı olduğu göstərilirdi. Bu gün dünyada baş verən hadisələr, əsasən də Ukrayna müharibəsi bir daha göstərir ki, hər şey ağa və qaraya bürünüb. Bir sözlə, baş verənlər Rusiya və Qərb arasında 1968-ci ildən qurulan qaz ticarətinin bu il ildırım sürəti ilə qapanmaya getdiyini göstərir”.

Qeyd edək ki, Polşa xüsusi xidmət orqanlarının koordinatorunun təmsilçisi Stanislav Jarın mətbuata açıqlamasında, ölkəsinin “Şimal axını” və “Şimal axını -2” qaz kəmərlərinin partladılması ilə hər hansı əlaqəsinin olmadığını bildirib.
Stanislav Jarın Polşanın hadisə ilə əlaqələndirilməsinin tamamilə əsassız olduğunu vurğulayıb və kəmərlərin Rusiya tərəfindən partladılması versiyasının qüvvədə qaldığını söyləyib.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin