Mərkəzi Bankın sədrindən kredit faizlərinin yüksək olması iddialarına CAVAB 

Hazırda oxunan: Mərkəzi Bankın sədrindən kredit faizlərinin yüksək olması iddialarına CAVAB 

141019

Azərbaycanda hüquqi şəxslərə verilən kreditlər 11 %-dən başlayır, bu sahədə 20 % yoxdur. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında kredit faizlərinin yüksək olması barədə iddialara cavab verən Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. 

AMB sədri bildirib ki, istehlak kreditləri üçün bu göstərici 16,1 %-dir:

“Mən də başa düşürəm ki, yüksək faizlərlə çətindir. Amma gəlirlər də yüksək deyil. Siyavuş müəllim ötən iclas Amerikanı misal göstərdi. Biz faizləri aşağı salmaq üçün depozitləri aşağı salmalıyıq. Amma etiraf edək, 4-5 %-lə banka depozit qoyan olacaqmı? Biz depozit faizlərini aşağı salsaq, camaat depozitini banka gətirməyəcək. Mən Azərbaycanda bank kreditlərinin faizinin 20-25 % olmasını görməmişəm. Ola bilsin ki, belə faiz göstəricisi mikrokreditlərdə olsun”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin