Azərbaycanda sərnişindaşıma ilə məşğul olan şəxslərlə bağlı yeni cərimələr müəyyən edilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkilinə görə - vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.
Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir.
Bu Məcəllənin 324.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
Bu Məcəllənin 324.2-cı maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə səksən manat məbləğində cərimə edilir.
Bu Məcəllənin 324.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - yüz manat məbləğində cərimə edilir.
Bu Məcəllənin 324.4-cü maddəsındə nəzərdə tutulmuş xətanın inzıbati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bır il ərzində təkrar törədilməsinə görə vəzifəlı şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər ıki min dörd yüz manat məbləğində cərimə edilir.
Bu Məcəllənin 324.5-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - min manat məbləğində cərimə edilir.
Bu Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:27 / 12.06.2023
Sərnişindaşıma ilə bağlı YENİ CƏRİMƏLƏR
Hazırda oxunan: Sərnişindaşıma ilə bağlı YENİ CƏRİMƏLƏR
Hazırda oxunan: Sərnişindaşıma ilə bağlı YENİ CƏRİMƏLƏR
141000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.