Şuşada Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının tarixi 2-ci iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov tviterdə bildirib.
Tədbir KOBİA və Səudiyyə Palataları Federasiyasının təşkilatçılığı ilə baş tutub.
İclasda işgüzar əlaqələrin genişləndirilməsi və Qarabağda investisiya imkanlarını müzakirə edilib.
Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının tarixi 2-ci iclasını bu gün mədəniyyət paytaxtımız #Şuşa da keçirdik. #KOBİA və Səudiyyə Palataları Federasiyasının @CSC_SA təşkilatçılığı ilə keçirilən iclasda işgüzar əlaqələrin genişləndirilməsi və Qarabağda investisiya… pic.twitter.com/UAdXwXuOy9
— Orkhan Mammadov (@MammadovOrkh) June 11, 2023
Bizim.Media