Azərbaycan rəsmiləri Türkiyənin yeni naziri ilə nəyi müzakirə etdilər?

Hazırda oxunan: Azərbaycan rəsmiləri Türkiyənin yeni naziri ilə nəyi müzakirə etdilər?

140886

10 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşüblər.

Bizim.Media xəbər verir ki, görüşdə Mikayıl Cabbarov Alparslan Bayraktarı energetika naziri təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, energetika sahəsində də uğurla inkişaf etdiyi və birgə icra edilən layihələrin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafına, regionun və Avropanın enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyi vurğulanıb.
Bu xüsusda SOCAR-ın Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub.

Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin