İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib - FOTO 

Hazırda oxunan: İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib - FOTO 

140675

İyunun 9-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və SOCAR-ın prezidenti Rövşən Nəcəfin iştirakı ilə İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda “SOCAR Türkiyə”nin 2022-ci ilə dair yekunları haqqında danışılıb, cari ilin ilk 5 ayı ərzində əldə edilən nəticələr, il ərzində görüləcək işlər və qarşıya qoyulan hədəflər müzakirə olunub. 

Həmçinin iyunun 8-də İstanbulda “SOCAR Türkiyə”nin törəmə müəssisələri olan “Petkim”in və “STAR’’ neft emalı zavodunun, iyunun 9-da isə Azərbaycan qazının Türkiyə və Avropaya nəqlini həyata keçirən, Cənub Qaz Dəhlizinin önəmli seqmentlərindən biri olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) İdarə heyətlərinin iclasları keçirilib.  
İclaslarda qrup şirkətlərinin 2022-ci il və cari ilin 5 ayı üzrə fəaliyyətləri nəzərdən keçirilib, gələcək hədəflər və bu istiqamətdə görüləcək işlər müzakirə olunub. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin