Neft yenidən ucuzlaşır

Hazırda oxunan: Neft yenidən ucuzlaşır

14066

Əmtəə bazarlarında neftin qiyməti kəskin artımdan sonra yenidən azalmağa başlayıb.

Bizim.Media xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,30% azalaraq 1 barelə görə 63,88 dollar təşkil edib. 

 

MÖVZU İLƏ BAĞLI:

İndiyədək BTC ilə 431 milyon tondan çox Azərbaycan nefti nəql edilib


Nyu-Yorkun NYMEX əmtəə birjasında isə apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,24% azalaraq 61,13 dollar təşkil edib. 

Neftin qiymətinə təsir edən başlıca amil OPEC+ ölkələrinin bugünkü iclasıdır. Bazar OPEC+ ölkələrinin aprel ayı üçün hasilatı hansı həcmdə artıracağı barədə qərarı gözləyir.

Analitiklər OPEC+ ölkələrinin hasilatı az həcmdə azaltması halında qiymətlərin artacağını proqnozlaşdırır.

Lakin hələlik hansı qərarın qəbul ediləcəyi ilə bağlı hər hansı siqnal yoxdur.

Bundan başqa, ABŞ-da neft ehtiyatlarının rekord həcmdə artması da qiymətə təsir göstərməkdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin