İşğal dövründə Ermənistan tərəfindən ərazilər tamamilə dağıdılıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı bunu İRS silsiləsi çərçivəsində nəşr edilən “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimi zamanı deyib.
Torpaqlarımız azad ediləndən sonra həmin ərazilərin yenidən qurulduğunu bildirən H.Mikayıllı deyib:
“Bu gün tam əminliklə demək olar ki, Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun simasını dəyişəcək. Azad edilən ərazilər ölkənin ərzaq təhlükəsizliyinə böyük kömək olacaq. Həmçinin Laçın, Kəlbəcər, Şuşa kimi ərazilər turizm imkanlarımızın artmasına şərait yaradacaq. Ağdam Qarabağın sənaye mərkəzi olacaq”.
Vurğulayıb ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmayıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə tarixi Zəfər qazandıq, ərazi bütövlüyümüzü təmin etdik və BMT-nin müvafiq qətnamələrinin icrasına nail olduq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:35 / 09.06.2023
Həbib Mikayıllı: Laçın, Kəlbəcər, Şuşa kimi ərazilər turizm imkanlarımızın artmasına şərait yaradacaq
Hazırda oxunan: Həbib Mikayıllı: Laçın, Kəlbəcər, Şuşa kimi ərazilər turizm imkanlarımızın artmasına şərait yaradacaq
Hazırda oxunan: Həbib Mikayıllı: Laçın, Kəlbəcər, Şuşa kimi ərazilər turizm imkanlarımızın artmasına şərait yaradacaq
140657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.