İlin əvvəlindən 6 mindən çox kommersiya qurumu YARADILIB 

Hazırda oxunan: İlin əvvəlindən 6 mindən çox kommersiya qurumu YARADILIB 

140466

Bu ilin yanvar-may aylarında 6 min 945 kommersiya qurumu dövlət qeydiyyatından keçib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, onlardan 88,3 faizi yerli, 11,7 faizi xarici investisiyalı qurumlardır.  

Qeydiyyatdan keçən kommersiya qurumlarının 82,6 faizi elektron qaydada qeydə alınıb. 

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,3 faiz təşkil edib. Yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 928 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin