Vergi ödəyicilərinin sayı 6,9 % artıb

Hazırda oxunan: Vergi ödəyicilərinin sayı 6,9 % artıb

140458

2023-cü ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 452 min 702 vergi ödəyicisinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Bizim.Media Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 %, o cümlədən fiziki şəxslərin sayı 6,5 %, hüquqi şəxslərin sayı isə 9,7 % artıb.

Dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 167,6 min təşkil edib, onlardan 105,4 mininin fəaliyyəti aktiv olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayı 10,4 %, aktiv kommersiya qurumlarının sayı isə 14 % artıb.
Bu ilin iyunun 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,3 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,3 %-i səhmdar cəmiyyəti, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.

İyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 min 490 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 % artım deməkdir.

Yanvar-may aylarında 6945 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onlardan 88,3 %-i yerli investisiyalı, 11,7 %-i xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,6 %-i elektron qaydada qeydə alınıb.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,3 % təşkil edib. Yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 928 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin