Məlum olduğu kimi, bir neçə gün əvvəl Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində, 2023-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılmasi təklif olunub.
Yenilənmiş makroiqtisadi proqnozlara əsasən, baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür (dörd aylıq fakt – 85,8 ABŞ dolları).
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli, bu prosesin bir neçə ildir davam etdiyini bildirdi.
Onun sözlərinə görə, hökumət həmişə ilin sonunda, yəni dekabr ayında büdcə hesablamaları aparır:
“Bu zaman konservativ yanaşma ilə neftin aşağı qiyməti götürülür və bazarda baş verən proseslər gözlənilir. İlin yarısında isə orta qiymətin hansı səviyyədə olacağı bilinir. Bu zaman qiymətin artırılması, eləcə də dövlət büdcəsinə əlavə gəlirlərin və daxilolmaların bölüşdürülməsi barədə qərar qəbul edilir.
Neftin orta qiymətinin 10 dollar artırılması ilə dövlət büdcəsinə günlük hesabla təxminən 2-2,5 milyon dollar əlavə gəlir gətirəcək ki, bu da kifayət qədər ciddi rəqəmdir. Bunu da aylara, yarımilliyə və illiyə vurduqda, əldə ediləcək orta gəlirliliklə dövlət büdcə xərclərinin təxminən 3 milyard manata qədər artırılması baş verəcək”.
Onun sözlərinə görə, neft qiymətinin 60 dollar götürülməsinin əsas səbəbi, problemlərə ehtiyatlı yanaşmadır:
“Hazırda neft bazarında ciddi dalğalanmalar baş verir. Ancaq “OPEK+”-un inzibati qərarları ilə neftin qiymətini 75-78 dollar arasında saxlamaq mümkündür. Ancaq günün birinci yarısında bu qərarların da yerinə yetirilməsində problemlər yaşana bilər. Çünki, gözlənildiyi qədər böyümə baş vermir və dünya iqtisadiyyatının daralması təhlükəsi var ki, bunlar da neftə olan tələbatı azalda bilər”.
Ötən il isə bu qiymətin 50 dollar götürüldüyünü xatırladan Natiq Cəfərli qeyd edib ki, ancaq sonradan 80 dollara qədər artırdılar:
“Çünki, neftin qiyməti 100 dollardan yuxarı olmuşdu. Ancaq hazırda 75 dollar olduğu üçün orta qiymət 60 dollar götürülür. Bununla da hökumət özünü sığortalamaq istəyir, amma bu, istər-istəməz büdcə gəlirlərinin və xərclərinin 3-4 milyard manat arası artmasına səbəb olacaq”.
Ekspert vurğulayıb ki, “OPEK+”-un neft hasilatının azalması barədə bazar günü verdiyi qərarı Azərbaycan dövlət büdcəsi üçün müəyyənləşdirilən 60 dollarlıq səviyyə ilə tarazlıq yaradacaq:
“Həm büdcə təmin olunacaq, həm də bir az artıq qalacaq. Onsuz da il boyu qiymətin 60 dollardan yüksək olması gözlənilib. Hətta ən pessimist proqnozlara görə, bu ilin orta qiyməti 73-75 dollar arasında ola bilər. Üstəlik, artıq pul qalacaq və Dövlət Neft Fonduna əlavə vəsait daxil olacaq. Rəsmi gəlirlərin 10 dollar artırılması isə dövlət büdcəsinə əlavə 3,5-4 milyard manata yaxın əlavə vəsaitin daxil olmasına və müxtəlif istiqamətlərə xərclərə yönəldilməsinə şərait yaradacaq”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:20 / 07.06.2023
Neftin büdcə qiymətinin 10 dollar artırılması iqtisadiyyatımıza NƏ QAZANDIRACAQ? – TƏHLİL
Hazırda oxunan: Neftin büdcə qiymətinin 10 dollar artırılması iqtisadiyyatımıza NƏ QAZANDIRACAQ? – TƏHLİL
Hazırda oxunan: Neftin büdcə qiymətinin 10 dollar artırılması iqtisadiyyatımıza NƏ QAZANDIRACAQ? – TƏHLİL
140233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.