Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində diplomatik korpus nümayəndələri Laçında olublar.
Bizim.Media xəbər verir ki, Laçında yerləşən "Güləbird" SES-ə baş çəkən diplomatlara SES-in əvvəlki vəziyyəti barədə məlumat verilib.
"Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev bildirilib ki, dekabrın əvvəllərində etibarən SES-də təmir işləri aparılıb.
O həmçinin deyib ki, bu ilin sonuna qədər Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq.
Z. Quliyev əlavə edib ki, martın 20-də Şuşada rəqəmsal yarımstansiyanın tikintisi başa çatacaq ki, oradan Xankəndinə, Laçına enerji paylanacaq.
"Azərenerji" rəsmisi Qamışlıda, Kəlbəcərdə aprel ayının sonunadək bir yarımstansiyanın tikintisinin tamamlanacağını da deyib. O, Həkəri və Tərtər çayları üzərində 27 stansiya tikilib, bərpa olunacağını bildirib. (Apa)
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:36 / 06.03.2021
İlin sonunadək Qarabağın 90%-i enerji ilə təmin olunacaq
Hazırda oxunan: İlin sonunadək Qarabağın 90%-i enerji ilə təmin olunacaq
Hazırda oxunan: İlin sonunadək Qarabağın 90%-i enerji ilə təmin olunacaq
14000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.