“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış layihəsinin icrası üçün 2021-2022-ci illərdə təkcə dövlət büdcəsindən 6,4 milyard manat vəsait ayrılıb. Nəticədə, Qarabağ və Şərqi Zəngəzurda kritik infrastruktur obyektlərinin, yolların, yaşayış məntəqələrinin əsası qoyulub. Onlardan bir qisminin inşası başa çatıb, bir çoxunda isə işlər davam edir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında səsləndirib.
“Bu il üçün dövlət büdcəsindən ayrılan vəsatinin isə 60 faizi 2023-cü ilin ilk 5 ayında istifadə olunub. Büdcə gəlirlərinin artan hissəsinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə, eləcə də müdafiə sahəsinə yönəldilməsi nəzərdə tutulub”, - deyə nazir əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:27 / 06.06.2023
“Qarabağın bərpasına ayrılan xərclərin 60 faizindən istifadə edilib” – Samir Şərifov
Hazırda oxunan: “Qarabağın bərpasına ayrılan xərclərin 60 faizindən istifadə edilib” – Samir Şərifov
Hazırda oxunan: “Qarabağın bərpasına ayrılan xərclərin 60 faizindən istifadə edilib” – Samir Şərifov
139975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.