Lombardlara noutbuk və telefon girov qoymaqla pul götürmək olarmı? - VİDEO

Hazırda oxunan: Lombardlara noutbuk və telefon girov qoymaqla pul götürmək olarmı? - VİDEO

139663

Lombardlara noutbuk və ayfon telefonları da girov qoymaqla borca pul götürmək mümkündür. Bu cür elanlar lombardlar tərəfindən müxtəlif sosial şəbəkələrdə yayıblar.

Bizim.Media xəbər verir ki, mövzuya iqtisadçı Eyyub Kərimli münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qızıl bazarında TƏŞVİŞ – Qiymətlər kəskin ucuzlaşdı


Onun sözlərinə görə, qanunvericiliyə əsasən girova verilən əşyaların siyahısı ilə bağlı heç bir məhdudiyyət yoxdur:

“Burada əsas məsələ girov təqdim edən şəxsin həmin əşyaya  mülkiyyət hüququnu təsdiq edən əsas sənədinin olmasıdır”.

Aydın məsələdir ki, qızıl-zinət əşyaları uzun müddət lombardlarda qalsa belə onlar elə olduğu kimi də geri verilə bilirdi. Ancaq noutbuk və mobil telefonlar müəyyən müddət sonra öz funksiyalarını itirsə, bu zaman lombardla girov sahibi arasındakı mübahisələr necə həll ediləcək?

Hüquqşünas Kamandar Hüseynov bildirir ki, girov götürülmüş əşya ilə bağlı vətəndaşa lombard bileti verilməlidir:

“Amma təəssüf ki, bəzən bu qaydalar izlənilmir”.

Hüquqşünasın sözlərinə görə, sonradan neqativ halların yaşanmaması üçün vətəndaşlar lombardlarla girov qoyulan əşya ilə bağlı girov müqaviləsi bağlamalıdır.

Qeyd edək ki, hazırda lombardlar borca pulu 40 gün ərzində qaytarmaq şərti ilə 15 faizlə təklif edirlər. Yəni kimsə 1000 manat borca pul götürürsə, 40 gün ərzində lombarda 1150 manat ödəməlidir.
Daha ətraflı Xəzər televiziyasının hazırladığı videomaterialda:


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin