Son günlər Gürcüstanın əksər yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım müşahidə olunur.
Bizim.Media xəbər verir ki, əksər yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən asılı olaraq 20-25 tetri (8-10 sent) artıb.
Hazırda bəzi yanacaqdoldurma məntəqələrində 1 litr “Premium”un qiyməti 2,70 lari, “Euro Regular” 2,50 lari, “Regular” isə 2,35 lariyə satılır.
İqtisadçı ekspertlərin fikrincə, bu artım ölkə daxilində dolların yenidən bahalaşması və larinin dəyər itirməsi ilə əlaqədardır. Ekspertlər hesab edirlər ki, benzinin qiyməti inflyasiyanın artmasına və istehlak mallarının da qiymətlərinin bahalaşmasına təsir edəcək.
Qeyd edək ki, Gürcüstan Milli Bankı aprel ayında rekord məbləğdə (322,4 milyon ABŞ dolları) alış edib.
Gürcüstan bazarında dolların dəyər qazanmasına da məhz bu amilin səbəb olduğu bildirilir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:55 / 04.06.2023
Gürcüstanda yanacağın qiyməti yenidən artdı
Hazırda oxunan: Gürcüstanda yanacağın qiyməti yenidən artdı
Hazırda oxunan: Gürcüstanda yanacağın qiyməti yenidən artdı
139662
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.