Sumqayıtla bağlı növbəti tenderin də qalibi 50 manatlıq ŞİRKƏT OLDU – DETALLAR 

Hazırda oxunan: Sumqayıtla bağlı növbəti tenderin də qalibi 50 manatlıq ŞİRKƏT OLDU – DETALLAR 

139504

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsürrüfatı” İstehsalat Birliyi “Sumqayıt şəhərinin Sahil küçəsində yolun asfalt örtüyünün əsaslı təmiri işlərinin satın alınması” ilə bağlı aprelin 12-də elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb.

Bizim.Media xəbər verir ki, tenderin qalibi “Reyting Group” MMC olub və tərəflər arasında maliyyə dəyəri 1 milyon 642 min 816 manat olan satınalma müqaviləsinin imzalanması gözlənilir.

Müqavilənin şərtlərinə əsasən, şirkət MKTİB üçün Sumqayıt şəhərinin Sahil küçəsində yolun asfalt örtüyünün əsaslı təmirini həyata keçirəcək. 

Bu işlər zamanı 79 min 362 kvadrat metr sahədə asfalt-beton yol örtüklərinin üst qatının soyuq frezerləmə metodu ilə kəsilməsi, 22.160 kubmetr sahədə yararsız qruntun və ferezerləmədən sonra çıxan materialların çalovunun tutumu 0,5 kubmetr olan ekskavatorlarla qruntun özüboşaldan avtomobillərə yüklənməklə qazılması və 10 km məsafəyə daşınması, 22.160 kubmetr sahədə torpağın töküntü yerində işlərin yerinə yetirilməsi, 11.111 kubmetr sahədə karxana materialının çalovunun tutumu 0,5m3 olan ekskavatorlarla qruntun özüboşaldan avtomobillərə yüklənməklə qazılması və 10km məsafəyə daşınması, 70 ədəd sıradan çıxmış kanalizasiya örtük tavalarının söküntüsü və lyukların söküntüsü və digər 17 adda işlər icra olunacaq. 

Qeyd edək ki, nizamnamə kapitalı 50 AZN olan “Reyting Group” MMC 6 oktyabr 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Cəfərov Eyyub Ramazan oğludur.

Xatırladaq ki, adıçəkilən şirkət iyunun 1-də də Sumqayıt MKTİB-nin maliyyə dəyəri 288 min 293 manat olan tenderin qalibi olub və "Sumqayıt şəhərinin küçə və prospektlərinə yol cizgilərinin çəkilməsi işləri"nin satın alıb. Burdan da aydın olur ki, şirkət cəmi 3 gün ərzində adıçəkilən qurumdan iki fərqli tenderdən 1 milyon 751 min 109 manat əldə edib. 

50 manatlıq kapitala malik olan bir şirkətin belə böyük tenderlərə sahib olması isə müəyyən qədər şübhə doğurur.

Diqqətə çatdıraq ki, şirkət təkcə bu ilin may ayı ərzində Sumqayıt MKTİB-nin həyata keçirdiyi üç tenderin qalibi olub. Belə ki, ilk tender mayın 1-də elan olunub və yenə bu şirkət qalib olan olunub. Tərəflər arasında maliyyə dəyəri 288 min 293 manat olan satınalma müqaviləsi bağlanılıb. Şərtlərə əsasən, Sumqayıt şəhərinin küçə və prospektlərinə yol cizgilərinin çəkilməsi işləri həyata keçirməyə başlayıb. 

MKTİB-nin ikinci tenderi mayın 16-da elan olunub və qalib yenə “Reyting Group” olub. Tərəflər arasında bu dəfə maliyyə dəyəri 787 min 017 manatlıq tender müqaviləsi imzalanıb və şərtlərə uyğun olaraq, Sumqayıt şəhərinin çoxmənzilli yaşayış binalarında fasadların, yataqxana binalarının sanitar qovşaqları, dəhliz və girişlərində əsaslı təmir işləri həyata keçirilib. 
Mayın 1-də və bu gün elan olunan tenderlər göstərir ki, Sumqayıt şəhərinin küçə və prospektlərinə yol cizgilərinin çəkilməsi işləri hələ də bitməyib və bunun başa çatması üçün əlavə maliyyə vəsaitinə ehtiyac yaranıb. Bugünkü tender də məhz bu məqsədlə elan olunub və yenidən 1 milyon 751 min 109 manat ayrılıb.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin