Bu il maaşlar 1,4 faiz ARTACAQ – RƏSMİ

Hazırda oxunan: Bu il maaşlar 1,4 faiz ARTACAQ – RƏSMİ

139486

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsinə dair izahatda, 2023-cü ilin sonuna ölkə üzrə orta aylıq əmək haqqının 897,9 manat səviyyəsində olacağı nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, bu barədə “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” AR-nın Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsinə Hesablama Palatasının rəyində əks olunub.

Hesabatda qeyd olunur ki, bu göstərici eyni zamanda 2023-cü ilə dair məcburi dövlət sosial sığorta gəlirləri üzrə proqnozun formalaşmasında iştirak etmiş əsas elementlərdən biridir.

Statistik məlumatlara əsasən, cari ilin ilk iki ayı üzrə orta aylıq əmək haqqının artım tempi 1,8% olub. Bu göstərici ilin əvvəlinə mövcud olmuş əmək haqqı məbləği ilə ilin sonuna proqnozlaşdırılan (897,9 manat ) əmək haqqı məbləği arasındakı fərqin 25,8%-ni təşkil edir. 

Aydın olur ki bu göstərici ilin sonuna orta aylıq əmək haqqının proqnozlaşdırılan həddən yüksək olacağını ehtimal etməyə imkan verir.

“AR-nın 2023-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanun layihəsinə dair izahatda, cari ilin sonuna orta aylıq əmək haqqının 910,8 manat həddində olacağı gözlənilir ki, bu da ilkin proqnoz göstəricisindən 12,9 manat (1,4%) çoxdur.

Qeyd edək ki, orta aylıq əmək haqqı üzrə göstəricilərin formalaşmasında üstün mövqeyə malik olan subyekt muzdla çalışan şəxslərdir. Bu şəxslər üzrə formalaşan gəlirlərin əsas hissəsinin məcburi dövlət sosial sığortası ilə də əhatə olunması, orta aylıq əmək haqqı üzrə artımların, eyni zamanda DSMF-nin sosial sığorta gəlirlərinin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcəyini ifadə edir.

Lakin cari ilin mart ayının əvvəlində orta aylıq əmək haqqının ilin əvvəlinə mövcud olmuş əmək haqqı ilə ilkin halda ilin sonuna nəzərdə tutulmuş proqnoz göstəricisinin fərqinin 25,8%-ni təşkil etməsinə, habelə cari ilin yanvar – may aylarında ölkə iqtisadiyyatında baş vermiş dinamik vənəzərəçarpacaq müsbət meyllərin nəticəsi kimi ilin sonuna orta aylıq əmək haqqının 910,8 manat həddində gözlənilməsinə baxmayaraq, Fond tərəfindən layihədə sosial sığorta gəlirlərində artımlara dair dəyişiklik nəzərdə tutulmayıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin