Azərbaycan dizel yanacağının istehsalına BAŞLAYIR   

Hazırda oxunan: Azərbaycan dizel yanacağının istehsalına BAŞLAYIR   

139369

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində “Avro-5” standartlarına uyğun avtomobil benzinin istehsalına 2024-cü ilin birinci rübündə başlanılması nəzərdə tutulur.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Caspian Oil&Gas sərgisindəki stendində bildirilib.

Məlumata görə, 2023-cü ilin ikinci rübündən etibarən dizel yanacağı istehsalına başlanılıb. 

Qeyd olunur ki, NEZ öz işinə 1953-cü ildə başlayıb və indiyədək müəssisə tərəfindən 364 mln. ton neft emal edilib.

Vurğulanır ki, zavod 30 adda məhsul istehsal edir, istehsal edilən məhsulların 10%-i ixrac olunur.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin