Dövlət qurumlarının borcları LƏĞV EDİLƏCƏK?

Hazırda oxunan: Dövlət qurumlarının borcları LƏĞV EDİLƏCƏK?

139334

"Debitor borcların əksəriyyəti avans ödənişləri ilə bağlıdır". 

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib. 

O qeyd edib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar satınalmaları həyata keçirərək onlara göstəriləcək xidmət üzrə avans ödənişləri alırlar.

“Bu avans ödənişləri müqavilənin icrası zamanı geri alınır. Debitor borcların əksəriyyəti avans ödənişləri ilə bağldır. Bu baxımdan debitor borcların tam aradan qaldırılması qeyri-mümkündür”, - deyə nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin