Azərbaycanla Çexiya arasında enerji sahəsində əlaqələrin inkişafı, azad edilmiş ərazilərimizdə kiçik su elektrik stansiyasının (KSES) qurulması və günəş, külək enerjisi qurğularının istehsalı üzrə Çexiya şirkətləri ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün özünün “Twitter” hesabında məlumat verib.
Nazir qeyd edib ki, Çexiyanın sənaye və ticarət naziri Jozef Sikela ilə Çexiyanın xam neftlə təchizatında Azərbaycanın rolu dəyərləndirilib.
Bizim.Media
Sənaye və ticarət naziri @JozefSikela ilə Çexiyanın xam neftlə təchizatında ?? rolu dəyərləndirildi. Enerji sahəsində əlaqələrin inkişafı, azad edilmiş ərazilərdə KSES və günəş, külək qurğularının istehsalı üzə ?? şirkətləri ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirildi. pic.twitter.com/pDfvoWJJ8c
— Parviz Shahbazov (@ParvizShahbazov) June 1, 2023