Azərbaycan Yunanıstan-Bolqarıstan boru kəməri ilə 983 milyon kubmetr qaz nəql edib

Hazırda oxunan: Azərbaycan Yunanıstan-Bolqarıstan boru kəməri ilə 983 milyon kubmetr qaz nəql edib

139175

Azərbaycan təbii qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri (IGB) vasitəsilə kommersiya əməliyyatlarına başlanılandan bəri 983 milyon kubmetr "mavi yanacaq" nəql olunub.

Bizim.Media xəbər verir ki, bunu Yunanıstan-Bolqarıstan İnterkonnektoru (ICGB) layihə şirkətinin Bolqarıstan üzrə icraçı direktoru Teodora Qeorqiyeva bu gün işə başlayan Bakı Enerji Forumunda bildirib.

"IGB Cənub Qaz Dəhlizinin tərkib elementlərindən biridir və onun Avropa İttifaqı səviyyəsində əhəmiyyəti var. Kəmər ötən ilin oktyabrında istifadəyə verilib. Bu da o deməkdir ki, qeyd olunan infrastruktur vaxtında hazırlanıb, ona ehtiyac olan vaxtda qurulub", - deyə icraçı direktor qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin