Azərbaycan Premyer Liqasının maliyyə aktivlərinə görə güclü və zəif olan futbol klublarının siyahısı açıqlanıb.
Bizim.Media xəbər verir ki, onların arasında ən böyüyü “Qarabağ Futbol Klubu” MMC ən böyük maliyyə aktivinə malikdir və hesabında 36 milyon 572 manatlıq nizamnamə kapitalına malikdir.
İkinci yedə dayanan “Neftçi Peşəkar Futbol Klubu” MMC-nin isə maliyyə gücü 12 milyon 762 min manat həcmindədir.
Maliyyə aktivinə görə “Qəbələ İdman Klubu” MMC (12 milyon 423 min manat), dördüncü yerdə isə “Sabah Futbol Klubu” MMC (1 milyon 035 min manat) qərarlaşıb.
Beşinci yerdə dayanan “Zirə Peşəkar Futbol Klubu” MMC-nin nizamnamə kapitalı isə 635 min manat həcmindədir.
Premyer-liqanın ən zəif komandaları isə “Turan Tovuz Futbol Klubu” MMC və “Kəpəz Futbol Klubu” MMC-dir ki, bunların da maliyyə aktivləri müvafiq olaraq, 72 min və 32 min manatdır.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:52 / 01.06.2023
Azərbaycan Premyer Liqasındakı klubların MALİYYƏ VƏZİYYƏTİ
Hazırda oxunan: Azərbaycan Premyer Liqasındakı klubların MALİYYƏ VƏZİYYƏTİ
Hazırda oxunan: Azərbaycan Premyer Liqasındakı klubların MALİYYƏ VƏZİYYƏTİ
139147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.