Rusiya hökuməti “Rusiya Federasiyası şirkətləri üçün xaricdən işləyən vətəndaşlardan fərdi gəlir vergisinin tutulması üçün yeni qaydalar haqqında” qanun layihəsini yenidən baxılması üçün Dövlət Dumasına təqdim edib.
Bizim.Media “kommersant.ru”ya istinadən xəbər verir ki, qanun layihəsi qəbul olunarsa, həmin şəxslərdən 13-15%-lik standart dərəcələrlə vergi tutulacaq.
Qanun layihəsinin yenilənmiş variantında bildirilir ki, Rusiya şirkətləri 2024-cü ildə Rusiyada vergi rezidentliyini itirdikdən sonra da uzaqdan işləyən işçilərin gəlirlərindən 13-15% baza dərəcəsi ilə fərdi gəlir vergisi yığacaqlar.
Qeyd edək ki, xarici ölkələrdəki Rusiya şirkətlərində işləyən vətəndaşların vergiyə cəlb edilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanun layihəsi aprelin 24-də ilk redaksiyada Dövlət Dumasına təqdim edilib. Lakin ertəsi gün, yəni aprelin 25-də “texniki dəqiqləşdirmələr” üçün geri qaytarılıb.
Əvvəlki variantda, mülki-hüquqi müqavilə əsasında işləyən frilanserlərin rusiyalı müştəridən aldığı mükafatın Rusiyadakı gəlirə aid edilməsi təklif edilirdi və buna əsasən, belə şəxslərdən 30% vergi tutula bilərdi.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:47 / 31.05.2023
Rusiyadan gedənlər əlavə vergiyə cəlb ediləcək – YENİ LAYİHƏ
Hazırda oxunan: Rusiyadan gedənlər əlavə vergiyə cəlb ediləcək – YENİ LAYİHƏ
Hazırda oxunan: Rusiyadan gedənlər əlavə vergiyə cəlb ediləcək – YENİ LAYİHƏ
138957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.