“Biz strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçiririk. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında bildirib.
Digər layihələrdən də danışan dövlət başçısı deyib:
“Biz bazara əlavə qaz həcmi çıxara biləcəyik. Eyni zamanda, enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi, - bizim Avropa İttifaqı ilə bu barədə də dialoqumuz olub. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:31 / 31.05.2023
Azərbaycanın BP şirkəti ilə reallaşdırdığı YENİ LAYİHƏLƏR
Hazırda oxunan: Azərbaycanın BP şirkəti ilə reallaşdırdığı YENİ LAYİHƏLƏR
Hazırda oxunan: Azərbaycanın BP şirkəti ilə reallaşdırdığı YENİ LAYİHƏLƏR
138931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.