“Birləşmiş Krallıq 34 milyard ABŞ dolları sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investordur”.
Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazovun Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə keçirilən görüşdə bildirilib.
Görüşdə tərəflər təmiz enerjiyə keçid istiqamətində, həmçinin Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparıb.
Bununla bağlı P. Şahbazov özünün Tvitter hesabında paylaşım edib.
We held discussions with @Baroness_Nichol, ??Prime Minister's Trade Envoy for Azerbaijan, regarding the transition to clean energy, as well as the development of cooperation within the IGC. The UK is the largest foreign investor in Azerbaijan with an investment of 34 billion USD. pic.twitter.com/psUiGwEXdP
— Parviz Shahbazov (@ParvizShahbazov) May 30, 2023
Bizim.Media