Qızılın qiymətində KƏSKİN UCUZLAŞMA – Nə baş VERİR? 

Hazırda oxunan: Qızılın qiymətində KƏSKİN UCUZLAŞMA – Nə baş VERİR? 

138571

Bu gün qızılın bir unsiyası 1950 ABŞ dolları ətrafında dövr edir. Həftə sonu ABŞ-da müvəqqəti borc tavanı sahəsində razılaşmanın əldə olunması və günün ilk saatlarında FED-in verdiyi açıqlamalar fonunda qiymətlər iki aylıq minimuma yaxınlaşıb.

Bizim.Media xəbər verir ki, ABŞ-da may ayının əvvəlində qızılın bir unsiya üçün qiyməti 2085,4 dollara çatdıqdan sonra ardıcıl üçüncü həftədir ki, eniş yaşayır. 

FED rəsmilərinin son şərhləri, Amerikadan gözləniləndən də yaxşı iqtisadi məlumatların gəlməsi və borc tavanı ilə bağlı razılaşma əmtəə qiymətlərini təzyiq altında qoysa da, dollar indeksini yüksəldib. 

Bundan başqa, Avrozona və Çindən gələn zəif iqtisadi məlumatların, Çinin istehlak xərclərinin, pərakəndə satış və sənaye fəaliyyətinin aprel ayında gözləniləndən daha yavaş artması, dolları daha da gücləndirib. 

Bildirək ki, ABŞ prezidenti Co Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ötən həftə sonu 31,4 trilyon dollarlıq borc limitinin dayandırılması ilə bağlı prinsipial razılığa gəliblər. Bundan sonra verdikləri açıqlamada, həm demokratların, həm də respublikaçıların sazişi dəstəkləyəcəklərinə əmin olduqları bildirilib. 

Keçən həftə pərakəndə satışlarla bağlı açıqlanan məlumatlar da istehlak xərclərinin daha yüksək borclanma xərclərinə rəğmən davam etdiyini göstərdi.

Bu arada, ABŞ-da işsizliklə bağlı həftəlik açıqlanan xəbərlər əvvəlki həftəyə nisbətən artaraq 229 minə yüksəlib.  

Son məlumatlar göstərir ki, əmək bazarında zəiflik müşahidə olunmayıb ki, bu da əmək haqqı inflyasiyasının artmasına səbəb ola və öz növbəsində FED-in əlavə faiz artımına gətirib çıxara bilərdi. 

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin