Azərbaycanda özəl pensiya fondları yaradıla bilərmi? – AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda özəl pensiya fondları yaradıla bilərmi? – AÇIQLAMA 

138091

“Azərbaycanda özəl pensiya fondlarının yaradılması çətin deyil. Lazımi normativ hüquqi sənəd layihələri hazırlanır, müvafiq prosedurlar icra edilir və fond yaradılır”.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadi-ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda nağdsız əməliyyatların məbləği 2 dəfədən çox artıb


Onun sözlərinə görə, burada ən çətin olan məsələ sözügedən fondun özünü doğrultmasıdır:

“Ona görə də 10 ilə yaxındır ki, bu məsələ müxtəlif vaxtlarda gündəmə gəlir və bir az sonra mövzu donur. Çünki, bu fondun uğurlu fəaliyyəti üçün tam başqa iqtisadi şərait lazımdır. Hansı ölkələrdə (məsələn, B.Britaniya, Almaniya və s) belə iqtisadi şərait üstündürsə, orada bu fondlar uğurla fəaliyyət göstərir.

Bunun çox sadə izahı var. Əgər ölkədə açılan müəssisələr bir neçə il sonra bağlanmırsa, investisiyaların ROİ indeksi yuxarıdırsa, yəni investora ciddi gəlir gətirirsə, əlində pul olub iqtisadiyyata pul yatırmaq istəyən investorların və ya digər fondların investisiya həcmləri iqtisadiyyatın tələb etdiyi investisiya həcmlərini ödəməkdə çətinliklə çəkirsə, o zaman özəl pensiya fondu yaradılıb doğru idarə edilərsə böyük uğur qazana bilər”.

Ekspert həmçinin qeyd edib ki, yalnız vətəndaş bu halda öz əllərilə bu gün fonda qoyduğu pulu 40-45 il sonra faizlə bərabər problemsiz şəkildə pensiya kimi alacağına əmin olar: 

“Hesab edirəm ki, bir az da gözləyək. Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi prosesinin nəticələri özəl pensiya fondunun özünü necə aparacağı ilə bağlı bir sıra suallara cavab tapmağa kömək edəcək. Əgər sərbəst vəsaitlər dövlət fonduna gəlir gətirərsə və davamlı müsbət dinamika izlənərsə, o zaman özəl pensiya fondları haqqında daha ürəklə danışmaq olar”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin